Rumıniya və Latviya Xarici İşlər Nazirliyi partlayışla əlaqədar Azərbaycana başsağlığı verib

Rumıniya və Latviya Xarici İşlər Nazirliyi partlayışla əlaqədar Azərbaycana başsağlığı verib
# 03 aprel 2022 17:36 (UTC +04:00)

Rumıniya Xarici İşlər Nazirliyi və Latviya Xarici İşlər Nazirliyi Bakıda gecə klubunda baş verən partlayışla əlaqədar Azərbaycana başsağlığı verib.

APA xəbər verir ki, bu barədə XİN-lərin "Twitter" hesablarında bununla bağlı paylaşımlar edilib.

"Bakıda qaz partlayışı qurbanlarına, onların ailələrinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu faciəli anlarda düşüncələrimiz onların yanındadır. İnsan itkisinə görə dərin hüznlə başsağlığı verir, yaralananların hamısının tezliklə şəfa tapmasını diləyirik", Rumıniya XİN-in paylaşımında bildirilib.

"Ürəyimiz Azərbaycanın paytaxtı Bakıda baş vermiş qaz partlayışı nəticəsində həlak olanların ailələri və yaxınlarının yanındadır Yaralıların tezliklə sağalması üçün dua edirik. Ən səmimi duyğularımızı qəbul edin", Latviya XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR