Sahibə Qafarova: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada tanınır”

Sahibə Qafarova

© APA | Sahibə Qafarova

# 24 dekabr 2021 11:06 (UTC +04:00)

“Bugünkü iclasımız çox əlamətdar gündə keçirilir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib: “Qürur hissi ilə demək olar ki, Azərbaycanın son yarım əsrlik tarixi ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada tanınır. Prezidentin həyata keçirdiyi siyasət ölkəmizi dünyada etimadlı tərəfdaş kimi tanıdıb”.

Sədr bu günün əlamətdar gün olduğunu xatırladaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlarla bağlı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR