Sahibkarlıq sahəsində qanunsuz yoxlamalara görə cərimələr, məsuliyyətə cəlbetmə müddəti artırılır

Sahibkarlıq sahəsində qanunsuz yoxlamalara görə cərimələr,  məsuliyyətə cəlbetmə müddəti artırılır
# 07 oktyabr 2022 12:10 (UTC +04:00)

Sahibkarlıq sahəsində qanunsuz yoxlamaların qarşısının alınması və əmək qanunvericiliyinin tələblərinin qorunması baxımından sahibkarlıq sahəsində aparılan yoxlamalar və əmək qanunvericiliyi sahəsində müvafiq xətalarla bağlı məsuliyyətə cəlbetmə müddətinin 3 aydan 1 ilə artırılması təklif olunur.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Habelə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılmasına görə cərimənin miqdarı artırılır. İndiyə qədər bu halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilirdisə, layihədə bu cərimə məbləğinin 2 min manatdan 3 min manatadək artırılması təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR