Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçilərinin cərimələnəcəyi hal müəyyənləşib

Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçilərinin cərimələnəcəyi hal müəyyənləşib
# 01 fevral 2023 17:18 (UTC +04:00)

Satmaq öhdəliyi ilə verilən mənzillərin kirayəçilərinin cərimələnəcəyi hal müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçilərinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada binanın idarə edilməsi üsulunun seçilməsində maneçilik törədilməsinə görə vəzifəli şəxslər üç yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR