Seçki dairələrinin sərhədləri ilə bağlı Komissiya yenidən formalaşdırılıb - YENİLƏNİB

Seçki dairələrinin sərhədləri ilə bağlı Komissiya yenidən formalaşdırılıb - YENİLƏNİB
# 26 iyul 2022 16:23 (UTC +04:00)

Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yenidən formalaşdırılması ilə bağlı təklif hazırlamışıq”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

Rövzət Qasımov bildirib ki, həmin komissiyanın işinə MSK sədrinin müavini sədrlik edir və komissiyanın rəhbəri hesab olunur.

Komissiyanın üzvlüyünə MSK üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Almaz Qəhrəmanlı, Nailə Əsgərova və İlkin Şahbazovun namizədliyi təklif edilib. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi və Bakı Şəhər İcra Hakimiyyətinin təmsilçisi də sözügedən komissiyanın tərkibinə daxil olacaq.

Qərarın ikinci bəndinə əsasən, qısa müddət ərzində Komissiyanın tərkibinə daxil olacaq mütəxəssislərin müvafiq qurumlarla razılaşdırılması təmin edilməlidir.

Qərar səsə qoyularaq yekdilliklə qəbul edilib.

***

saat 16.01

Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiya yenidən formalaşdırılacaq.

APA xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

MSK bəzi seçki komissiyalarının tərkibində də dəyişiklik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR