Siyasi partiyaların nümayəndələri Türk Şəhidliyini ziyarət edib - FOTO

Siyasi partiyaların nümayəndələri Türk Şəhidliyini ziyarət edib - FOTO
# 15 sentyabr 2022 11:22 (UTC +04:00)

Bakının erməni və bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə siyasi partiyalar Türk Şəhidliyini ziyarət edib.

APA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri abidə önünə əklil qoyub, Bakının azadlığı uğrunda canından keçmiş türk əsgərlərinin xatirəsini yad ediblər.

Digər siyasi partiyaların sədrləri və üzvləri də Türk şəhidliyini ziyarət edib. Müxtəlif şüarlar səsləndirilib, Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin bundan sonra da davam edəcəyi vurğulanıb.

Ziyarətçilər arasında millət vəkilləri də olub.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR