Spiker: “Zəfər Qurultayının Şuşada keçirilməsinin rəmzi mənası var”

Sahibə Qafarova, Milli Məclisin sədri

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 26 aprel 2022 11:04 (UTC +04:00)

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlıların V qurultayı keçirildi. 44 günlük Vətən müharibəsindən sonra Zəfər Qurultayının Şuşada keçirilməsinin rəmzi mənası var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bu gün Azərbaycan dünyanın diqqətini özünə cəlb edir: “Prezident İlham Əliyev qurultayda geniş məzmunlu nitq söyləyib. Bu nitq hər birimiz üçün qarşıdakı dövr üçün əsas meyarları müəyyən edib. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz Cənubi Qafqazda faşizmi məhv etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR