Şuşada 20 yanvar şəhidləri yad edilib - FOTO - VİDEO

Şuşada 20 yanvar şəhidləri yad edilib - FOTO  - VİDEO
# 20 yanvar 2023 12:01 (UTC +04:00)

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin qarşısında 20 Yanvar şəhidləri yad edilib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində də 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bundan başqa, Laçın-Xankəndi yolunda ekofəalların dinc etiraz aksiyası keçirilən ərazidə də 20 yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR