Tahir Budaqov: “Şübhəsiz ki, Zəngəzur dəhlizi açılacaq”

Tahir Budaqov

© APA | Tahir Budaqov

# 24 dekabr 2021 10:04 (UTC +04:00)

Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb.

APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

T. Budaqov deyib ki, regionda dayanıqlı sülh, çoxtərəfli əməkdaşlıq üçün zəmin yaranıb: “Azərbaycanın yaratdığı reallıq Cənubi Qafqazı əməkdaşlıq və inteqrasiya mərkəzinə çevirir. Zəngəzur dəhlizi Cənubi Qafqazın dünyaya yeni simada təqdim olunmasını təmin edəcək. Şübhəsiz ki, Zəngəzur dəhlizi açılacaq, region və regiondan kənar dövlətlər bu reallıqdan faydalana biləcəklər. Böyük Qayıdış həyata keçiriləcək. Bu, Azərbaycan xalqının ən böyük arzularından biri idi və buna nal olduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR