YAP Sədrinin müavini: "Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq"

Tahir Budaqov

© APA | Tahir Budaqov

# 25 yanvar 2022 11:15 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilərimizdə artıq yeni idarəetmə institutunun yaradılması ilə bağlı mühüm addımlar atılır”.

APA-nın məlumatına görə, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, müdrik siyasət nəticəsində Azərbaycanın iqtisadi rolu güclənib, xarici təsirlərə davamlı olması üçün möhkəm zəmin yaranıb: “Əldə edilmiş qələbə qarşıdakı illərdə davamlı islahatlarla yeni imkanlara çevriləcək. Ərazi bütövlüyümüzün təmini gələcəkdə Azərbaycanın sürətlə inkişaf edəcəyi dönəmə qədəm qoymasına səbəb olacaq. İqtisadi rayonların yeni bölgüsünün təsdiqlənməsi bütövlükdə Azərbaycan ərazisi boyunca iqtisadi fəallığın artmasına, yaşayış şəraitinin daha da yaxşılaşmasına səbəb olacaq”.

T. Budaqov vurğulayıb ki, yeni iqtisadi rayonların formalaşması Vətən müharibəsindən sonra formalaşan obyektiv reallıqları özündə əks etdirir: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünya səviyyəsində də Azərbaycanın strateji rolunu birə-beş artırır. Yaxın dövrdə biz qürurla Azərbaycanın yeni yaradılan iqtisadi rayonlarının güclü inkişafının şahidi olacağıq. İşğaldan azad edilmiş ərazilərin yenidən bərpası bu bölgəni təkcə ölkəmizdə yox, dünyada sürətlə inkişaf edən diyara çevirəcək. Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq. Bu müasir Azərbaycan tarixinin ən mühüm hadisəsidir”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq əlverişli biznes mühiti ixracyönümlü məhsulların istehsalının artmasına səbəb olacaq.

Mərkəzi Aparatın rəhbəri diqqətə çatdırıb ki, 30 il ərzində erməni vandalları tərəfindən darmadağın edilən əraziləri qısa müddətə bərpa etmək o qədər də asan olmayacaq: “Bizlərin qarşısında duran başlıca məsələ Qarabağın sosial-iqtisadi inkişafını təmin etmək, Qarabağın bərpasında yaxından iştirak etməkdir. Əminəm ki, bunun üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR