TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycanla həmrəylik ifadə olunub

TÜRKPA-nın Ankara Bəyannaməsində Azərbaycanla həmrəylik ifadə olunub
# 29 aprel 2023 16:19 (UTC +04:00)

Münaqişədən sonra davam edən bərpa, yenidənqurma və reinteqrasiya səylərində Azərbaycan Respublikası ilə həmrəylik ifadə olunub.

APA xəbər verir ki, bu fikirlər TÜRKPA-nın Ankara Bəyannaməsində yer alıb.

Qeyd olunub ki, münaqişədən sonra davam edən bərpa, yenidənqurma və reinteqrasiya səylərində Azərbaycan Respublikası ilə həmrəylik ifadə olunur, üzv və müşahidəçi dövlətlər bu prosesə dəstək və töhfə verməyə dəvət edilir, eyni zamanda bu istiqamətdə əldə etdiyi nailiyyətlər, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasında və regionun beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsində mühüm rol oynayan Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarının açılması münasibətilə Azərbaycana təbrik ünvanlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR