Vahid Hacıyev: "Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur"

Vahid Hacıyev: "Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur"
# 19 iyul 2022 08:44 (UTC +04:00)

Bu gün Zəngilanda, həmçinin Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur.

APA xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.

"Bütün infrastruktur tam hazırdır. Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir",- deyə Prezidentin xüsusi nümayəndəsi bildirib.

Vahid Hacıyevin sözlərinə görə, Ağalı kəndi üzrə 1457 sakin qeydiyyatdadır ki, onlardan da 1357 nəfəri kənddə yaşamaq niyyətini bildirib.

"Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür. Növbəti 5 gün ərzində ümumilikdə 201 nəfər Ağalı kəndinə köçürüləcək", - Prezidentin xüsusi nümayəndəsi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR