Videokonfransdan istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək hallar müəyyənləşib

Videokonfransdan istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək hallar müəyyənləşib
# 07 fevral 2023 18:38 (UTC +04:00)

Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək hallar müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Mülki Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aşağıdakı hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasının aparılmasına yol verilməyəcək:

- Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması, yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi ilə bağlı məhkəmə iclasları;

- İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi;

- Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə hәyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edəcəyi hallar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR