Yeni Mərkəzin Müşahidə Şurası 5 üzvdən ibarətdir

Yeni Mərkəzin Müşahidə Şurası 5 üzvdən ibarətdir
# 19 may 2022 13:08 (UTC +04:00)

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin idarə olunması qaydası müəyyənləşib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi”ndə əksini tapıb. Nizamnaməyə əsasən, Mərkəzin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Mərkəzin Müşahidə Şurası Mərkəzə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarətdir. Müşahidə Şurasının tərkibinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri (sədr olmaqla), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri və Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri daxildir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir. Şura qərar qəbul etməkdə müstəqildir.

İcraçı direktor Mərkəzin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İcraçı direktor Mərkəzin Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra edir.
İcraçı direktor və onun müavini adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR