Yüksək riskli zonalarla ticarət şəbəkələrinə nəzarət artırılacaq

Yüksək riskli zonalarla ticarət şəbəkələrinə nəzarət artırılacaq
# 28 fevral 2023 17:45 (UTC +04:00)

Yüksək riskli zonalarla ticarət şəbəkələrində qeyri-formal maliyyə əməliyyatları üzərində nəzarət təmin ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlədiyi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Sənədə əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Statistika Komitəsi, Dövlət Statistika Komitəsi Maliyyə Monitorinqi Xidməti ilə birgə 2023-2025-ci illərdə qeyri-formal maliyyə əməliyyatları üzərində monitorinq və nəzarət mexanizminin qurulmasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR