Ziyafət Əsgərov: Mehriban xanım Əliyeva Türkiyəyə yardım kampaniyasının daha da kütləvi xarakter almasında xüsusi rol oynayır

Mehriban Əliyeva

© APA | Mehriban Əliyeva

# 11 fevral 2023 13:45 (UTC +04:00)

“Azərbaycan və Türkiyə bir daha bir millət, iki dövlət olduğunu təsdiqlədi. Qardaş ölkədə zəlzələ fəlakətindən sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayaraq Azərbaycanın əməliyyat-axtarış və humanitar yardım sahəsində lazımı dəstəyi verəcəyini nəzərə çatdırıb, bu istiqamətdə operativ addımlar atılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu Türkiyəyə yardım kampaniyasında fəal iştirak etməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Birinci xanımı Əminə Ərdoğan, Türkiyə rəsmiləri çıxışlarında, o cümlədən qardaş ölkənin sadə insanları da Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dəstəyini yüksək qiymətləndirir, minnətdarlıqlarını ifadə edirlər”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, Mehriban xanım Əliyeva yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideallarına sadiq Azərbaycan qadınının obrazını ifadə edir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin Birinci xanımı Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkürlərini çatdırıblar”.

Parlamentin komitə sədri vurğulayıb ki, Birinci xanım Azərbaycan xalqının milli birlik və həmrəylik nümayiş etdirməsinə, insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan yanğısına, dəstəyinə yüksək dəyər verir: “Mehriban xanım Əliyevanın fəaliyyəti, mesajları Azərbaycanda qardaş Türkiyəyə yardım kampaniyasının daha kütləvi xarakter almasında xüsusi rol oynamaqdadır. İlk paylaşımında zəlzələ nəticəsində həlak olanların sayının artması bizi olduqca kədərləndirdiyini vurğulayan, həlak olanlara Allahdan rəhmət diləyən, onların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verən, yaralananların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva Türkiyə xalqının öz iradəsi və mətinliyi sayəsində bu ağır sınaqdan sarsılmayacağına əminliyini ifadə edib, Türkiyə ilə birlikdə olduğumuzu bəyan edib. Ötən günkü paylaşımında isə Birinci vitse-prezident hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimizin, tibb işçilərimizin, diplomatlarımızın, media nümayəndələrimizin əməyinə, yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin nəcib əməlinə yüksək qiymət verir. Mehriban xanım paylaşımında qeyd edir ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərilən dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Birinci vitse-prezident qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdarlığını ifadə edir, Azərbaycanlı olduğuna görə çox qürurlu olduğunu bəyan edir. Türkiyə-Azərbaycan qardaşlığı tarixin bu ağır sınağından da şərəflə çıxdı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının daha da möhkəmlənməsinə növbəti dəfə böyük töhfələr verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR