“15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minmə vaxtı dəyişdirilir

“15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minmə vaxtı dəyişdirilir
# 10 iyul 2019 09:46 (UTC +04:00)

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minmə vaxtı dəyişdirilir.

APA-nın məlumatına görə, bununla bağlı “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsinin 8-ci maddəsinə ( qanunun qüvvəyə minməsi) dəyişiklik təklif edilir.

Təklifdə qanunun qüvvəyə minmə vaxtı 2020-ci il yanvarın 1-dən, 2022-ci il yanvarın 1-nə dəyişdirilməsi nəzərdə tutulub.

Layihə Milli Məclisin iyulun 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR