“15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minmə vaxtı dəyişdirilib

“15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun qüvvəyə minmə vaxtı dəyişdirilib
# 12 iyul 2019 12:59 (UTC +04:00)

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsinin qüvvəyə minmə vaxtı dəyişdirilib.

APA-nın məlumatına görə, bununla bağlı “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsinin 8-ci maddəsinə ( qanunun qüvvəyə minməsi) dəyişiklik təklif edilir.

Dəyişikliklə, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanun layihəsinin qüvvəyə minmə vaxtı 2020-ci il yanvarın 1-dən, 2022-ci il yanvarın 1-nə dəyişdirilib.

Milli Məclisin bugünkü iclasında qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR