16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur

16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunur
# 09 fevral 2020 11:57 (UTC +04:00)

16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə davam edir.

APA-nın xəbərinə görə, məntəqə siyahısında 1155 seçici qeydiyyatdadır. Məntəqə sədri Gülər Əliyeva bildirib ki, səhər saatlarından seçici fəallığı müşahidə olunur: "Məntəqə seçicilərindən olan Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Azər Paşa Nemətov ilk səs verənlərdən oldu. Məntəqədə 21 nəfər yerli müşahidəçi prosesi izləyir. Səhər saatlarında 3 nəfər beynəlxalq müşahidəçi də məntəqədə olub”.

Qeyd edək ki, məntəqədə “Rəy” Monitorinq Mərkəzi tərəfindən “Exit poll” keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR