1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub

1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub
# 30 dekabr 2020 12:06 (UTC +04:00)

Dekabrın 30-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü general-mayor, 24-ü polkovnik, 105-i isə polkovnik-leytenantdır.

https://president.az/articles/49727

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR