2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub

2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub
  • Clock-gray 15:50
  • calendar-gray 29 Dekabr 2020

Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 41-i polkovnik-leytenantdır.

apa-logo-mini

Digər xəbərlər