23 saylı Nəsimi-Səbail seçki dairəsində seçici fəallığı müşahidə olunur

23 saylı Nəsimi-Səbail seçki dairəsində seçici fəallığı müşahidə olunur
# 09 fevral 2020 14:39 (UTC +04:00)

23 saylı Nəsimi-Səbail seçki dairəsində səsvermə davam edir.

APA-nın məlumatına görə, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsverməni 20 yerli müşahidəçi izləyir, eyni zamanda bu saata qədər 6 beynəlxalq müşahidəçi izləyib. Məntəqədə 10170 seçici sayı var, 230-a yaxın adam səs verib.

8 saylı seçki məntəqəsində səsverməni 29 yerli müşahidəçi izləyir, eyni zamanda bu saata qədər 8 beynəlxalq müşahidəçi izləyib. Məntəqədə 967 seçici sayı var, bu saata qədər 270-dən çox adam səs verib. Hər iki məntəqədə seçici fəallığı hiss olunur.

9 saylı seçki məntəqəsində isə səsverməni 37 yerli müşahidə izləyir, eyni zamanda 3 beynəlxalq müşahidəçi izləyib. Məntəqədə 775 seçici sayı, bu saata qədər 140 nəfər səs verib.

12 saylı seçki məntəqəsində səsverməni 52 yerli müşahidəçi izləyir, eyni zamanda bu saata qədər 14 beynəlxalq müşahidəçi izləyib. Məntəqədə 947 seçici sayı var, bu saata qədər təxminən 200-ə yaxın adam səs verib.

19 saylı seçki məntəqəsində isə səsverməni 45 yerli və beynəlxalq müşahidəçi izləyib. Məntəqədə 668 seçici sayı var, bu saata qədər təxminən 80 adam səs verib.

Qeyd edək ki, 5 məntəqədə “exit poll” da keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR