31 saylı Suraxanı İkinci Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib

31 saylı Suraxanı İkinci Seçki Dairəsinin iki məntəqəsində seçkinin nəticələri ləğv edilib
# 25 fevral 2020 19:20 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan namizəd Mehman Hüseynovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, namizəd M. Hüseynov müraciətində qeyd edib ki, həmin dairə üzrə bir neçə seçki məntəqəsində qanun pozuntuları baş verib: “Namizəd müraciətinə 25 ədəd protokol, 12 məntəqə üzrə videogörüntülər və bir neçə akt təqdim edib. Təqdim edilən 25 protokolda seçicilərin iradəsinə təsir edəcək hər hansı hal müşahidə edilməyib. Təqdim edilən videogörüntülərə baxış keçirərkən yalnız 13 və 26 saylı seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hal aşkarlanıb. Ona görə də təklif edirəm ki, bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səs qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR