46 saylı Şirvan seçki dairəsində seçkini 660 yerli müşahidəçi izləyir

46 saylı Şirvan seçki dairəsində seçkini 660 yerli müşahidəçi izləyir
# 09 fevral 2020 08:55 (UTC +04:00)

46 saylı Şirvan seçki dairəsində deputat mandatı uğrunda 11 namizəd mübarizə aparır.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dairədə 34 Məntəqə Seçki Komissiyası (MnSK) fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 43417 nəfərdir.

Namizədlərdən 3 nəfəri siyasi partiyalar (YAP, ADP və Müsavat) tərəfindən irəli sürülüb.

Seçki prosesini 660 yerli müşahidəçi, o cümlədən siyasi partiyalardan 139, namizədlər tərəfindən 219, QHT-lərdən 35 nümayəndə izləyir. Eyni zamanda ATƏT-in Rusiya və Norveçdən olan nümayəndələri və MDB müşahidəçiləri də dairədə müşahidə aparırlar. 12 seçki məntəqəsində VEB kamera quraşdırılıb. DSK üzrə 7 və 10 saylı MnSK-ların çıxışında “İnsan hüquqları XXI əsr Azərbaycan Fondu” və “OpinionWay” (Fransa) təşkilatları, 29 saylı məntəqənin çıxışında isə “Rəy” Monitorinq Mərkəzi “exit-poll” həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR