5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub

5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub
# 29 dekabr 2020 19:51 (UTC +04:00)

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR