ATƏT PA-nın Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib

ATƏT PA-nın Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib
# 09 may 2020 11:58 (UTC +04:00)

ATƏT PA-nın Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda fövqəladə hallar zamanı insan hüquqlarına hörmət etmək və demokratik nəzarəti saxlamaq mövzusunda müzakirilər aparılıb.

Milli Məclisin deputatı Əminə Ağazadə iclasda çıxış edib.

O bildirib ki, Prezident İlham Əliyev respublikada koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunmasını, pandemiyaya qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyub, bütün dövlət qurumlarına əsas diqqəti bu sahəyə yönəltməyi tapşırıb: “Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir. Təxirəsalınmaz addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır".

Deputat qeyd edib ki, qlobal pandemiya şəraitində insanların həyat və sağlamlığının qorunması, habelə iqtisadiyyatın inkişafına mənfi təsirlərin aradan qaldırılması ilə bağlı dövlətin digər qurumları ilə yanaşı penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırmış, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılıb. Bunun nəticəsidir ki, hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR