ATƏT PA-nın müşahidəçisi: "Hər hansı pozuntu qeydə alınmayıb"

ATƏT PA-nın müşahidəçisi: "Hər hansı pozuntu qeydə alınmayıb"
# 09 fevral 2020 10:02 (UTC +04:00)

"Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq".

Bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi lüksemburqlu Qraas Qustav Marsel deyib.

Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Yekun nəticələr barədə danışmaq hələ tezdir, çünki səsvermə yeni başlayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR