ATƏT müşahidəçisi: "Neqativ hal qeydə alınmayıb"

ATƏT müşahidəçisi: "Neqativ hal qeydə alınmayıb"
# 09 fevral 2020 13:25 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 sayı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ATƏT DTİHB müşahidəçisi Halogh Nora bildirib ki, neqativ halın qeydə alınmadığını bildirib: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.

ATƏT DTİHB-in digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.

Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR