ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb

ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb
# 13 fevral 2020 16:19 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK sədr müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB-nin 9 fevral 2020-ci il Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciəti daxil olub. Müraciət haqqında məlumat verən R. Qasımov deyib ki, ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının sədri Peter Teyler müşahidəçilərdən Aygün Attarın akkreditasiyasının ləğv olunması ilə bağlı müraciət edib.

MSK-nın iclasında Aygün Attarın akkreditasiyası ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR