Adil Əliyev: “Biz rəsmi məlumatların təbliği ilə məşğul olmalıyıq”

Adil Əliyev: “Biz rəsmi məlumatların təbliği ilə məşğul olmalıyıq”
# 21 sentyabr 2020 11:34 (UTC +04:00)

“Son zamanlar ordumuzun fəaliyyəti, cəbhə bölgəsi ilə bağlı bir çox məsələlərlə bağlı rəsmi qurumlar tərəfdən məlumatlar yayılmadan qeyri-rəsmi informasiyaların yayılmasının şahidi oluruq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Gənclər və İdman komitəsinin bugünkü iclasında komitə sədri Adil Əliyev deyib.

O bildirib ki, ordumuzun fəaliyyəti, cəbhədəki vəziyyətlə bağlı aidiyyəti qurumların məlumatları işıqlanmadan həmin məlumatların yayılmasının qarşısını almaqla bağlı müəyyən işlər görülməlidir: “Daimi olaraq düşmən təxribatı ilə üzləşirik. Biz dövlətin rəsmi məlumatlarına inanıb, onların təbliği ilə məşğul olmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR