Ali Məhkəmə sədrinin müavini və məhkəmə kollegiyalarının sədrləri təyin edilib

Ali Məhkəmə sədrinin müavini və məhkəmə kollegiyalarının sədrləri təyin edilib
# 06 may 2020 16:49 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncama əsasən, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR