Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti İlham Əliyevi təbrik edib

Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti İlham Əliyevi təbrik edib
# 23 dekabr 2020 15:38 (UTC +04:00)

Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti və baş icraçı direktoru Səfir Syuzan Eliot Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli Prezident Əliyev.

Doğum gününüz münasibətilə Sizi Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin adından ən xoş arzularla təbrik edirəm.

Baş ofisi Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tərəfdaşlığımızdan bilirik ki, Siz bu Mərkəzin missiyasına davamlı olaraq dəstək göstərirsiniz. Bu missiyaya dəstək verilməsinə biz də qoşulur, Mərkəzin sülh və münaqişələrin həlli ilə bağlı fəaliyyətinə sadiqliyinizi alqışlayırıq.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan xalqı ilə əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR