Anar Kərimov: "31 mart soyqırımına beynəlxalq müstəvidə qiymət verilməlidir"

Anar Kərimov: "31 mart soyqırımına beynəlxalq müstəvidə qiymət verilməlidir"
  • Clock-gray 15:10
  • calendar-gray 31 Mart 2021

“Ermənilər təkcə 103 il əvvəl deyil, 90-cı illərin əvvələrində də Azərbaycan ərazilərini işğal etməklə dinc insanlarımıza qarşı qətliamlar törədib, Xocalı soyqrımını həyata keçirib. Bu işğal nəticəsində insanlarımız öz doğma yurdlarından didərgin düşdülər. Bu, onun göstəricisidir ki, ermənilərdə nəsil dəyişsə də, faşist ideologiyası dəyişmir və bu onların dövlət siyasətinin bünövrəsini təşkil edir”.

APA-nın xəbərinə görə, bunu Quba Soyqrımı Memorial Kompleksində jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, 1918-ci ildə törədilən soyqrımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir.

A.Kərimov bildirib ki, məhz buna görə də bu məsələyə beynəlxalq müstəvidə qiymət verilməlidir və tanıdılmalıdır. Nazir əlavə edib ki, Quba Soyqrımı Memorial Kompleksinin inşası da məhz bu məqsədlərə xidmət edir.  

O deyib ki, azərbaycanlılar heç zaman ermənilərin törətdiyi cinayətləri unutmamalıdır. 

Vəli Turan

Digər xəbərlər