Aqil Abbas: “Deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilməlidir”

Aqil Abbas: “Deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilməlidir”
# 29 iyun 2020 11:59 (UTC +04:00)

“Deputat köməkçilərinin sərt karantin rejimində sərbəst hərəkətinə icazə verilmir ”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında millət vəkili Aqil Abbas bildirib.

A. Abbas deyib ki, köməkçilər deputatın sağ əlidir, onların hərəkətinə icazə verilməlidir.

Spiker Sahibə Qafarova qeyd edib ki, deputat köməkçiləri hazırda onlayn qaydada çalışır: “Ancaq mən parlamentin Aparat rəhbəri Səfa Mirzəyeva tapşıracam ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla danışsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR