Aralıq Dənizi Ölkələri PA və TÜRKPA-nın ilk birgə videokonfransı keçirilib

Aralıq Dənizi Ölkələri PA və TÜRKPA-nın ilk birgə videokonfransı keçirilib
  • Clock-gray 18:29
  • calendar-gray 30 Mart 2021

Bu gün Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının (ADÖPA) və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) "Dayanıqlı iqtisadi dirçəlişin formalaşdırılmasında bölgələrarası əməkdaşlıq" mövzusunda birgə onlayn konfransı keçirilib.

Milli Məclisin mətbuat vı ictimaiyyətl əlaqələr şöbəsindən APA-ya veriən məlumata görə, 2020-ci ildə bu iki qurum arasında ortaq maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığı təşviq etmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri özündə ehtiva edən bu tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) nümayəndələri də iştirak edib.

Beynəlxalq konfransın məqsədi hər iki bölgədə iqtisadi canlanmanı sürətləndirmək üçün siyasət və qanunvericilik sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi olub Tədbiri açan Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq münasibətlər Komissiyasının üzvü Cavanşir Feyziyev Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 10 aprel 2020-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının(TDƏŞ) "COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq" mövzusunda Fövqəladə Zirvə Görüşü keçirildiyini xatırladaraq Azərbaycan rəhbərliyinin pandemiyanın yaratdığı sosial-iqtisadi problemlərin həllində göstərdiyi səyləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Cavanşir Feyziyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının sədri qismində bu quruma üzv ölkələrin dövlət başçılarının COVİD-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün təşkil edildiyini və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirildiyini vurğulayaraq pandemiya dövründə Azərbaycanın beynəlxalq əməkdaşlıq təşəbbüslərindən bəhs edib. 

Pandemiyanın iqtisadiyyata təsirindən danışan Cavanşir Feyziyev Azərbaycan iqtisadiyyatının 2020-ci ildə təxminən 4% azaldığını, ancaq  bununla belə qeyri-neft sənayesində, elektrik enerjisi, qaz istehsalında, kənd təsərrüfatı və rabitə sahələrində iqtisadi artım olduğunu diqqətə çatdırıb. 

Sonra konfransda məhdudlaşdırıcı tədbirlərdən qeyri-mütənasib olaraq təsirlənmiş özəl sektorun, xüsusən də kiçik və orta biznesin qarşılaşdığı  problemlərin aradan qaldırılması üçün təcrübə mübadiləsi, milli iqtisadiyyatların ekoloji və rəqəmsal transformasiyasına dair fəaliyyət planlarının paylaşılması, aşağı karbonlu və dairəvi iqtisadi modellərə keçid, hər iki bölgədə İKT imkanlarının artırılması, həmçinin mövcud sağlamlıq böhranının aradan qaldırılmasında peyvənd əməkdaşlığının rolu, peyvəndin milli və regional iqtisadiyyatlara müsbət təsirləri barədə müzakirələr aparılıb.

 

Firuzə Vahid

Digər xəbərlər