Arif Hacılı: “Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Milli Şura üzr istəməsə, açıqlamamız başqa cür olacaq”

Arif Hacılı: “Cəmil Həsənli, Gültəkin Hacıbəyli və Milli Şura üzr istəməsə, açıqlamamız başqa cür olacaq”
# 14 may 2020 11:55 (UTC +04:00)

“Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuradan üzr gözləyirlər”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, hələlik tələsməyə lüzum görmədiyini bildirib: “Müsavatçılar Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən və Milli Şuranın üzr istəməsini tələb ediblər. Bununla bağlı bütün hallarda partiyamızın açıqlaması olacaq. Sadəcə, üzr istəsələr, açıqlama başqa, üzr istəməsələr isə başqa şəkildə olacaq. Bu, ümumilikdə çox pis hadisədir. Hazırda bu məsələni araşdırırıq. Ümid edirəm ki, onlar özləri yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirəcəklər”.

Müsavat Partiyasını mühacir alverində ittiham etmələrinə cavab verən Arif Hacılı qeyd edib ki, bu böhtanlara zaman-zaman cavab verilib: “Bundan sonra da cavab veriləcək”.

Qeyd edək ki, Milli Şuranın videokonfrans formatında keçirilən iclasında Milli Şuranın üzvü Gültəkin Hacıyeva REAL partiyasının sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasını da REAL kimi rüsvayçı aqibət gözlədiyini, Müsavatın Əli Kərimlini müdafiə etməkdən yayınaraq guya Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunu müdafiə etdiyini bəyan edərək riyakarlığa yol verdiyini bildirib. O cümlədən Müsavatı siyasi mühacir alverində günahlandırıb.

Milli Şuranın sədri Cəmil Həsənli isə İlqar Məmmədovun həm siyasətçi, həm də REAL sədri olaraq bitdiyini, REAL-dan fərqli olaraq heç nə əldə etməmiş Müsavat Partiyasının isə rüsvayçı duruma düşdüyünü vurğulayaraq, partiyanı bədbəxt adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR