Avrasiya Yəhudi Konqresinin prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Avrasiya Yəhudi Konqresinin prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
# 25 dekabr 2020 16:04 (UTC +04:00)

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresinin liderləri adından və şəxsən öz adımdan təbrik edirəm. Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və bütün təşəbbüslərinizdə uğur arzulayıram.

Uzun illərdir ki, Azərbaycanda dini-etnik dözümlülük mühiti hökm sürür. Min ildən çoxdur ki, yəhudilər Azərbaycanda yaşayır və həmişə orada özlərini təhlükəsizlikdə, həqiqətən dostların əhatəsində hiss edirlər.

Azərbaycanın Yəhudi İcmasının çoxsaylı nümayəndələri respublikanın siyasi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak ediblər və edirlər. İsrail ilə Azərbaycan arasında yaranmış gözəl dövlətlərarası, iqtisadi və mədəni münasibətlər isə dünyanın bütün xalqları üçün nümunə ola bilər.

Müasir dünyanın universal dəyərlərinə açıqlığı ənənələr və tarixi irs ilə birləşdirən Azərbaycan tolerantlığın və sabitliyin əyani nümunəsidir və bu, Sizin böyük xidmətinizdir.

Cənab Prezident, icazə verin Sizi bu əlamətdar gündə bir daha təbrik edim, ən xoş arzularımı çatdırım. Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR