Azərbaycan Prezidenti: “Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək”

Azərbaycan Prezidenti: “Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək”
  • Clock-gray 16:17
  • calendar-gray 31 Dekabr 2020

“Gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib”.

APA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı Qarabağ bölgəsinin dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini vurğulayıb.

“Eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var. Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirilib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir”, - deyə Prezident bildirib.

apa-logo-mini

Digər xəbərlər