Azərbaycan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

 Azərbaycan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
# 20 yanvar 2020 10:01 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

APA-nın məlumatına görə, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR