Azərbaycan Prezidenti: "Bu ilin sonunda, ya da gələn il “Abşeron” yatağından 1,5 milyard kubmetr həcmində ilk qazı alacağıq"

Azərbaycan Prezidenti: "Bu ilin sonunda, ya da gələn il “Abşeron” yatağından 1,5 milyard kubmetr həcmində ilk qazı alacağıq"
  • Clock-gray 01:02
  • calendar-gray 15 Yanvar 2020

 

“Hələ o vaxt - 1990-cı illərdə Xoşbəxt müəllim deyirdi ki, “Abşeron” yatağında ən azı 300 milyard kubmetr qaz var. Onu haradan bilirdi deyə bilmirəm, amma bu gün artıq həyat bunu təsdiqlədi. Eyni nəticəyə xarici şirkət də gəldi və biz “Abşeron”dan 1,5 milyard kubmetr həcmində ilk qazı bu ilin sonunda, ya da ki, gələn il alacağıq. Bu, özlüyündə bir göstəricidir”. 

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 14-də akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimində çıxışı zamanı deyib.

“Xoşbəxt müəllimin sözləri ilə desək, o, Xəzər dənizinin cikini də, bikini də bilir. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsində Xoşbəxt müəllimin çox böyük zəhməti var. Çünki o, bütün zirvə görüşlərində iştirak edirdi və onun sözü tədbirlərdə tam həqiqət kimi qəbul olunurdu. İki il bundan əvvəl Xəzərin hüquqi statusu müəyyən olundu, razılaşma əldə edildi. Ancaq o vaxta qədər bir çox mübahisələr olurdu və bizim nümayəndə heyətində Xoşbəxt müəllimin olması mövqeyimizi həmişə gücləndirirdi”, - deyə dövlət başçısı vurğulayıb.

 

Rəşad Sarıyev

Digər xəbərlər