Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin fəaliyyət istiqamətləri açıqlanıb
# 04 fevral 2021 19:51 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyət istiqamətləri açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”də qeyd edilib.

Əsasnamədə vurğulanıb ki, xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək;

2.1.2. müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək;

2.1.3. müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək;

2.1.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR