Azərbaycan Respublikasının ordenlərinin sayı 12-yə çatır

Azərbaycan Respublikasının ordenlərinin sayı 12-yə çatır
# 20 noyabr 2020 11:35 (UTC +04:00)

Azərbaycan Respublikasının ordenlərinin sayı 12-yə çatır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, “Zəfər” və “Qarabağ” ordenləri təsis ediləcək.

Beləliklə, qanun layihəsinə əsasən, təltiflərin dərəcəsinə görə ordenlərin siyahısı aşağıdakı kimi olacaq:

Azərbaycan Respublikasının ən yüksək təltifi - “Heydər Əliyev” ordeni;

“Zəfər” ordeni;

“Qarabağ” ordeni;

“İstiqlal” ordeni;

Azərbaycan Respublikasının ali hərbi ordeni - “Şah İsmayıl” ordeni;

“Azərbaycan bayrağı” ordeni;

“Rəşadət” ordeni;

“Şərəf” ordeni;

“Şöhrət” ordeni;

“Dostluq” ordeni;

“Vətənə xidmətə görə” ordeni;

“Əmək” ordeni.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR