MSK-ya maliyyə hesabatı verən partiyaların adı məlum olub.
APA-nın məlumatına görə, həmin partiyalar aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyası
2. “Azərbaycan Mübarizləri” Partiyası
3. Azərbaycan Respublikaçılar Partiyası
4. Azərbaycan Xalq Demokratik Partiyası
5. Sosial Ədalət Partiyası
6. Azərbaycan Naminə Alyans Partiyası
7. Azərbaycan Liberal Partiyası
8. “Milli Vəhdət” Partiyası
9. Vətəndaş Həmrəyliyi Partiyası
10. Demokratik İslahatlar Partiyası
11. Cümhuriyyət Xalq Partiyası (CXP)
12. Müsavat Partiyası
13. Azərbaycan Demokratik Maarifçilik Partiyası
14. Azərbaycan Tərəqqi Partiyası
15. Milli Dirçəliş Hərəkatı Partiyası
16. Böyük Quruluş Partiyası
17. Azərbaycan Kommunist Partiyası
18. Azərbaycan Təkamül Partiyası
19. “Ədalət” Partiyası
20. Milli Cəbhə Partiyası (MCP)
21. “Birlik” Partiyası
22. Klassik Xalq Cəbhəsi Partiyası
23. Azad Demokratlar Partiyası (AzDP)
24. Vəhdət Partiyası
25. Azərbaycan Xalq Partiyası
26. Yeni Zaman Partiyası (YZP)
27. Azərbaycan Milli İstiqlal Partiyası
28. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
29. “Ana Vətən” Partiyası
30. Böyük Azərbaycan Partiyası
31. Azərbaycan Ümid Partiyası
32. Müstəqil Xalq Partiyası (MXP)
33. Vətəndaş və İnkişaf Partiyası
34. Azərbaycan Milli Demokrat Partiyası
35. Aydınlar Partiyası
***
17.00
Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət sabah başa çatır.
APA-nın məlumatına görə, indiyədək dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 35-i 2020-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.
Hazırda partiyaların maliyyə hesabatlarını MSK-ya təqdim etməsi prosesi davam edir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.
MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.