Azərbaycanda DSK-lara çip oxuyan qurğuların paylanılmasına başlanıb

Azərbaycanda DSK-lara çip oxuyan qurğuların paylanılmasına başlanıb
# 17 dekabr 2019 16:54 (UTC +04:00)

“Yeni şəxsiyyət vəsiqələri üzərindəki çipi oxuyan qurğulardan 2500-nün artıq bu gündən dairə seçki komissiyalarına paylanılmasına başlanıb”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, əlavə 3 minə qədər çip oxuyan qurğudan isə 1500-nə də artıq lazımi proqram yüklənib, gün ərzində 1500 çip oxuyan qurğusuna da proqram yüklənəcək: “Çip oxuyan qurğuların gətirilməsi davam edir. Qarışdakı 3 gün ərzində bu proses başa çatacaq və bələdiyyə seçkiləri ilə bağlı səsverməyə qədər bütün məntəqələr çip oxuyan qurğularla təmin olunacaq”.

MSK sədri Məzahir Pənahov isə dekabrın 19-da məntəqə seçki məntəqələrinin hamısının çip oxuyan qurğularla təmin olunmasının başa çatacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR