Azərbaycanda “Zəfər” və “Qarabağ” ordenlərinin təsis olunması təklif edilib

Azərbaycanda “Zəfər” və “Qarabağ” ordenlərinin təsis olunması təklif edilib
  • Clock-gray 12:05
  • calendar-gray 20 Noyabr 2020

“Prezidentimiz bir çıxışında bildirmişdi ki, Vətən Müharibəsində və arxa cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimiz orden və medallarla təltif ediləcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, bununla bağlı dünən 2 qanun layihəsi Milli Məclisə təqdim edilib.

I vitse-spiker Əli Hüseynli qeyd edib ki, dünən təqdim edilmiş orden və medallarla bağlı qanun layihələrinə komitədə baxılıb: “Bütün orden-medallar özündə bizim hərbi və milli atributları əks etdirir. Hazırda Azərbaycanın 10 ordeni və 64 medalı var. Prezident tərəfindən 2 orden və 15 yeni medal təklif edilib. Bir yeni adın verilməsi də təkliflər sırasındadır. Azərbaycan Respublikasının ən yüksək təltifi Heydər Əliyev Ordenidir. İndi təklif edilən ikinci ən yüksək təltif "Zəfər" Ordeni olacaq. Növbəti Orden “Qarabağ” ordeni olacaq. Medallarla bağlı isə Vətən müharibəsi qəhrəmanı medalı xüsusi əhəmiyyət kəsb edir. Vətən Müharibəsi medalı Vətən müharibəsi adını fərqlənmə nişanıdır. Vətən Müharibəsi Qəhrəmanı adı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsinə görə veriləcək. Vətən Müharibəsi Qəhrəmanı adı almış şəxslər qanunla müəyyən edilmiş güzəştlərdən istifadə edəcək. Bu, sonrakı qanun layihələrində əksini tapacaq”.

Firuzə Vahid

Digər xəbərlər