Azərbaycanda qeydiyyatdan keçmiş partiyalardan 10-u maliyyə hesabatını təqdim etməyib

Azərbaycanda qeydiyyatdan keçmiş partiyalardan 10-u maliyyə hesabatını təqdim etməyib
  • Clock-gray 16:26
  • calendar-gray 09 İyun 2020

Dövlət qeydiyyatından keçmiş 10 siyasi partiya 2019-cu il üzrə maliyyə hesabatı təqdim etməyib.

APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, həmin partiyalar aşağıdakılardır:

1. Müstəqil Azərbaycan Partiyası

2. Milli Qurtuluş Partiyası

3. Azərbaycan Milli Dövlətçilik Partiyası

4. Azərbaycan Vətənpərvərlər Partiyası

5. Azərbaycan Demokratik Sahibkarlar Partiyası

6. Azərbaycan Xalq Cəbhəsi Partiyası

7. Azərbaycan Vahid Kommunist Partiyası

8. Sosial Ədalət Partiyası

9. Milli Konqres Partiyası

10. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməli idilər. Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Xatırladaq ki, bu il Azad Demokratlar Partiyası və Yeni Zaman Partiyası dövlət qeydiyyatına alınıb və dövlət qeydiyyatına alınan partiyaların sayı 57-ə çatıb. Ancaq 2019-cu ildə rəsmi olaraq qeydiyyatda olmadıqları üçün bu iki partiya 2019-cu il üzrə maliyyə hesabatı verməyəcək.

Firuzə Vahid

Digər xəbərlər