Azərbaycanda yeni partiya təsis olunub

Azərbaycanda yeni partiya təsis olunub
# 06 dekabr 2020 13:12 (UTC +04:00)

Bu gün Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayı keçirilib.

APA-nın məlunatına görə, qurultayda say komissiyası və qurultayı idarə etmək üçün Bəhrəm İsmayılov, Gülşən Hacıyeva və Elşad Abdullayevdən ibarət Sədarət seçilib.

Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayında partiyanın Nizamnamə və Proqramı qəbul edilib və başqanlıq seçkisi keçirilib. Keçirilən səsvermədə Anar Əsədli AYP-nin ilk başqanı seçilib.

Eyni zamanda onlayn təsis qurultayında 27 nəfərdən ibarət Baş Məclis, 7 nəfərdən ibarət Nəzarət Təftiş Komitəsi müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR