BMTM ödənişsiz təcrübə proqramı elan edib

BMTM ödənişsiz təcrübə proqramı elan edib
# 16 yanvar 2020 11:00 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) gənclərin ictimai-siyasi həyatda fəal iştirakını stimullaşdırılmaq, real iş həyatına atılmaq üçün lazım olan şəxsi və peşəkar bilik və vərdişlərə yiyələnmək məqsədi ilə istedadlı tələbələr və son illərdə ali məktəblərdən məzun olanlar üçün ödənişsiz təcrübə proqramı elan edib.

BMTM-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təcrübə proqramı fevral ayından başlayaraq 6 ay müddəti üçün nəzərdə tutulub.

Təcrübə müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaq və adları BMTM-nin kadrlar bazasına daxil ediləcək.

Namizədlərin tərcümeyi-hal (CV), motivasiya məktubu, maraqlı olduğu sahə üzrə xəbər-analitik səciyyəli qısa arayış və 2 ədəd tövsiyə məktubundan ibarət sənədlər toplusunu müraciət etdiyi sahəni qeyd etməklə [email protected] ünvanına göndərməsi xahiş olunur.

Ümumilikdə proqram 15 vakansiya üzrə elan edilib. Müraciət üçün son tarix yanvarın 31-dir. Təcrübə proqramı fevralın 10-dan başlayacaq.

Aşağıdakı linkdən proqramla bağlı daha ətraflı məlumat əldə etmək mümkündür:

http://aircenter.az/az/opportunity/internships/bmtm-tecrube-proqrami-ucun-muracietlerin-qebulunu-elan-edir-69

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR