BŞİH Konstitusiya Məhkəməsinin qarşısında piket keçirilməsi ilə bağlı müraciətə cavab verib

BŞİH Konstitusiya Məhkəməsinin qarşısında piket keçirilməsi ilə bağlı müraciətə cavab verib
  • Clock-gray 11:28
  • calendar-gray 04 Mart 2020

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mili Məclisə növbədənkənar seçkilərdə qeydiyyatdan keçmiş bir qrup namizədin təşəbbüs qrupu adından Bəxtiyar Hacıyevin piket keçirməklə bağlı müraciətinə cavab verib.

APA-nın məlumatına görə, cavabda qeyd edilib ki, namizədlərin təşəbbüs qrupunun 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciəti “Sərbəst toplaşmaq azadlığı” haqqında  qanunun 5-ci maddəsinin I və II hissələrinin tələblərinə cavab vermir: "Mərkəzi Seçki Komissiyası tərəfindən Milli Məclisə seçkilərlə əlaqədar bəzi seçki məntəqələrində seçicilərin iradəsini müəyyənələşdirməsinə imkan verməyən və Seçki Məcəlləsinin tələblərinə zidd olan hallar araşdırılıb, həmin seçki məntəqələrinlə seçkilərin nəticələri ləğv edilib. Məsələ ilə bağlı toplantı keçirmək yox, aidiyyatı üzrə müraciət etmək tövsiyə olunur. Qeyd olunanla əlaqədar planlaşdırılan piketin keçirilməsini məqsədəuyğun hesab etmirik".

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2 mart tarixində Bakı Şəhər İcra Hakimiyyətinə 5 mart saat 10:00-da Konstitusiya Məhkəməsinin qarşısında piket keçirməklə bağlı müraciət edib.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date