Bağdad Amreyev: "Türk dünyası Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib"

Bağdad Amreyev: "Türk dünyası Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib"
# 31 mart 2021 19:43 (UTC +04:00)

Türk Şurasının Baş katibi Bağdad Amreyev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, B.Amreyev türk dünyasının digər ölkələrlə sabit əlaqələr qurduğunu, 10-dan çox ölkənin təşkilatda müşahidəçi statusu əldə etməkdə maraqlı olduğunu bildirib. B.Amreyev həmçinin pandemiyanın Türk Şurası daxilində əməkdaşlığa yeni stimul verdiyini vurğulayıb, İstanbulda keçiriləcək sammitlə bağlı bir sıra təkliflər səsləndirib. Türk Şurasının Baş katibi də Azərbaycanı parlaq Qələbəsi münasibətilə təbrik edib: “Bütün çağırışlara və çətinliklərə baxmayaraq, 2020-ci ilin gündəliyi zəngin olub. Ötən il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. Dağlıq Qarabağdakı müharibə zamanı Türk Şurası bütün üzv dövlətləri və Zati-aliləriniz adından Azərbaycanı bütün vasitələrlə dəstəkləyib. İcazə verin, təşkilatın fəaliyyətdə olan sədri kimi Zati-aililəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çoxşaxəli əməkdaşlığın inkişafında göstərdiyi səylərinə görə təşəkkürümü bildirim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR